Xəzər Xəbər

"Boeing" iflas edəcək 213 milyard...

İqtisadiyyat | 15:29 • 15 Mart 2019
"Boeing" iflas edəcək

5 ay ərzində iki dəfə dəhşətli qəzaya səbəb olmasının ardınca "Boeing 737 MAX” tipli təyyarələrə hava məkanını bağlayan ölkələrin sayı 40-ı keçib.

Bu vəziyyət şirkəti iflasın bir addımlığına gətirib çıxarıb.

"Boeing”in istehsal etdiyi sərnişin təyyarələrinin 70%-i "MAX" seriyalıdır. Bundan başqa, şirkətin 3 il ərzində qəbul etdiyi sifarişlərin hamısı "MAX" modelidir.

Dünya miqyasında 350 təyyarə anqara göndərilib. Bu günə qədər verilən 4600 sifarişin ləğv edilməsi ehtimal olunur. Bu durumda şirkətin iflası qaçınılmaz olacaq.

Digər tərəfdən, "B737 MAX” modelləri ilə təşkil olunan uçuşların ləğv edilməsinı görə hava yolu şirkətləri "Boeing”dən dəymiş zərərlərin qarşılanmasını tələb edə bilər.

Efiopiyada yaşanan dəhşətli qəzadan bir gün öncə "Boeing”in Nyu York bazarındakı hissələri 422,54 dollar olub. Şirkətin bazar dəyəri isə 2476 milyard dollar hesablanmışdı. Lakin 3 gün içində şirkətin dəyəri 34 milyard dollar əriyib və 213 milyarda düşüb./publika.az

Xəbər lenti