Xəzər Xəbər

Bu zavod Azərbaycana illik 600 milyon dollar qazandıracaq Baş nazir açıqladı

İqtisadiyyat | 14:23 • 15 Mart 2019
Bu zavod Azərbaycana illik 600 milyon dollar qazandıracaq
"Ötən il Türkiyədə əsası qoyulan "STAR” neft emalı zavodu illik 10 milyon ton neft emal edəcək".

XəzərXəbər xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir bildirib ki, bu zavod ilk 5 il müddətində Azərbaycana 800 milyon ABŞ dolları gəlir qazandıracaq.

Novruz Məmmədov əlavə edib ki, zavod sonrakı müddətdə Azərbaycana hər il 600 milyon ABŞ dolları gəlir gətirəcək.

Xəbər lenti