Xəzər Xəbər

Gömrük Komitəsi fevralda dövlət büdcəsinə 336 milyon manatdan çox vəsait köçürüb

İqtisadiyyat | 13:32 • 12 Mart 2019
Gömrük Komitəsi fevralda dövlət büdcəsinə 336 milyon manatdan çox vəsait köçürüb

Cari ilin fevralında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 336 milyon 32 min manat olub.

Komitədən xezerxeber.az-a bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 72 milyon 164 min manat, əlavə dəyər vergisi üzrə 248 milyon 642 min manat, aksizlər üzrə 12 milyon 48 min manat, yol vergisi üzrə isə 3 milyon 176 min manat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar