Xəzər Xəbər

Yevlaxda ehtiyat DATA-mərkəz tikilir

İqtisadiyyat | 15:58 • 11 Mart 2019
Yevlaxda ehtiyat DATA-mərkəz tikilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir DATA-mərkəzi mövcuddur. Bu, regionda ilk "Tier3” sertifikatına malik mərkəzdir. Hazırda DATA-mərkəzin ehtiyat mərkəzi üzərində işlər aparılır. Yevlaxdakı ehtiyat DATA-mərkəz də "Tier3” sertifikatına malik olacaq və Bakıdakı əsas mərkəzdə olduğu kimi, burada da bütün xidmətlər istifadəçilərin ixtiyarına veriləcək.


Bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.


"Yevlaxdakı ehtiyat DATA-mərkəz mövcud potensialı bir qədər də artırmağa və etibarlılığı yüksəltməyə xidmət edəcək. "Tier3” səviyyənin olması onun göstəricidir ki, bu DATA-mərkəz artıq hazırda çox yüksək səviyyədə təhlükəsizlik təmin edən bir mərkəzdir. Ancaq ümumilikdə belə bir qayda mövcuddur ki, belə mərkəzlərin adətən digər məkanlarda yerləşən ehtiyat mərkəz olmalıdır. Bu məqsədlə Yevlaxda ehtiyat DATA-mərkəz tikilir. Mərkəzin istifadəyə verilməsi bu ilin üçüncü rübünə nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib.

Xəbər lenti