Xəzər Xəbər

Banklara veriləcək güzəştli kreditlərin bir hissəsi qiymətli kağızlarla əvəz olunacaq

İqtisadiyyat | 15:01 • 6 Mart 2019
Banklara veriləcək güzəştli kreditlərin bir hissəsi qiymətli kağızlarla əvəz olunacaq

Banklara veriləcək güzəştli kreditlərin bir hissəsi qiymətli kağızlarla əvəz ediləcək.


Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, problemli kreditlərin həllində Mərkəzi Bank tərəfindən bankların valyuta mövqeyini qorumaq üçün veriləcək güzəştli kreditlərin bir hissəsi qiymətli kağızlarla əvəz olunacaq. Digər hissəsi isə vətəndaşların kreditlərinin ödənilməsi üçün devalvasiya effektinin aradan qaldırılmasından ötəri verilən vəsaitlər hesabına həyata keçiriləcək. Müəyyən müddət ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasının tapşırığı ilə borcların siyahısı, xarakteri müəyyənləşdikdən sonra bazara çıxarılacaq maliyyə həcmi bəlli olacaq.

Xəbər lenti