Xəzər Xəbər

Kreditlərlə bağlı fərman kimlərə şamil edilməyəcək? Rəsmi açıqlama

İqtisadiyyat | 12:16 • 6 Mart 2019
Kreditlərlə bağlı fərman kimlərə şamil edilməyəcək?
"10 min ABŞ dollara qədər kredit götürənlər bütün kredit götürənlərin 92 faizini əhatə edir. Bu kreditlər insanların minumal ehtiyaclarını ödəmək üçün götürülüb”


XəzərXəbər xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 10 min ABŞ dollarından çox kredit götürənlərə prezidentin fərmanının şamil olunmamasını şərh edərkən deyib.

O bildirib ki, bu məsələlər bağlı danışanda dövlətin imkanlarını nəzərə almaq lazımdır, dövlətin imkanları sonsuz deyil: "Əgər şəxs bir neçə bankdan 10 min ABŞ dollarından aşağı kredit götürüb və götürdüyü kreditlərin ümumi məbləği 10 min ABŞ dollarını keçibsə, onlara bu fərman şamil edilmir. Çünki fərmanda bir fiziki şəxs üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulub”.

Xəbər lenti