Xəzər Xəbər

Bakı-Mahaçqala sürət qatarı bu il istifadəyə veriləcək

İqtisadiyyat | 15:07 • 4 Mart 2019
Bakı-Mahaçqala sürət qatarı bu il istifadəyə veriləcək

"Bakı ilə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala arasında bu il sürət qatarı işə salınacaq”.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın nəqliyyat və yol idarəsi üzrə naziri Şiruxan Hacımuradov bildirib.


Onun sözlərinə görə, Dağıstan tərəfi 2019-cu ildə Mahaçqala - Dərbənd - Bakı marşrutu üzrə yüksək sürətli sərnişin qatarının təşkilinin üzərində işləyir.


Ş. Hacımuradov əlavə edib ki, sözügedən məsələni Dağıstan Dəmiryolları 2018-ci ilin aprelindən nəzərdən keçirib: "Eyni zamanda, 2018-ci ildə sərnişin daşınması 2017-ci illə müqayisədə 20%, yüklərin daşınması 6% artıb".


Xatırladaq ki, Bakı ilə Mahaçqala arasında birbaşa aviareyslərin planlaşdırılması ilə bağlı da məlumatlar var idi.

Xəbər lenti