Xəzər Xəbər

Aksiz markası olmayan siqaretlər, spirtli içkilər və mobil telefonlar aşkarlanıb

İqtisadiyyat | 18:30 • 2 Mart 2019
Aksiz markası olmayan siqaretlər, spirtli içkilər və mobil telefonlar aşkarlanıb

Aksiz markası olmayan siqaretlər, spirtli içkilər və mobil telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-211099” markalı avtomobil saxlanılıb və sahibi şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda - hər iki oturacağın içərisində 1800 ədəd aksiz markası olmayan "Parliament” siqareti, əvvəlcədən gömrük orqanına bəyan edilməyən, hər biri 1 litr olmaqla 2 ədəd "Disarrona” və hər biri 0,5 litr olmaqla 2 ədəd "Jagermeilter” adlı spirtli içki, vətəndaşın üzərində isə 2 ədəd "Redmi Note 6 Pro”, 1 ədəd "Samsung Galaxy J4” və 1 ədəd "Xiaomi Mi A2 Lite” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti