Xəzər Xəbər

İnam Kərimov: Yarmarkaların təşkilində əsas məqsəd süni qiymət artımının qarşısını almaqdır

İqtisadiyyat | 14:12 • 2 Mart 2019
İnam Kərimov: Yarmarkaların təşkilində əsas məqsəd süni qiymət artımının qarşısını almaqdır

Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində və respublikanın müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilir. Əsas məqsəd fermerlərin istehsal etdikləri məhsulların bazara birbaşa çıxarılması, süni qiymət artımının qarşısının alınması və məhsul bolluğunun yaradılmasıdır.


Xezerxeber.az xəbər verir ki, bu sözləri martın 2-də Nizami rayonunda Novruz yarmarkasının açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə müsahibəsində deyib.


"Novruz bayramı ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat çoxalır. Hesab edirəm ki, alıcılar bu yarmarkalardan məmnun qalacaqlar”, - deyə İnam Kərimov bildirib.

Xəbər lenti

Çox oxunanlar