Xəzər Xəbər

Azərbaycan yanvarda 13 mln. dollarlıq xurma ixrac edib

İqtisadiyyat | 16:26 • 1 Mart 2019
Azərbaycan yanvarda 13 mln. dollarlıq xurma ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan 1,3 mlrd. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bunun da 138 mln. dollar qeyri-neft sektorunun payına düşüb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”na istinadən xəbər verir.

İcmala əsasən, son 1 ildə qeyri-neft sektoru üzrə ixrac 15 mln. dollar və yaxud 12% artıb.

Ay ərzində Rusiyaya 46,3 mln. dollar, Türkiyəyə 25,2 mln. dollar, Gürcüstana 13,6 mln.dollar, İsveçrəyə 9,8 mln. dollar, İrana isə 6,9 mln. dollar dəyərində qeyri-neft məhsulu ixrac olunub.

Ötən ilin yanvar ayı ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 26%, Türkiyəyə 9%, Gürcüstana 20%, İrana isə 4,1 dəfə artıb.

Yanvarda ixrac edimiş qeyri-neft sektoruna aid malların siyahısında ilk yerlərdə xurma (12,6 mln. dollar), qabığı təmizlənmiş meşə fındığı (12 mln. dollar) və mahlıc (11,9 mln. dollar) qərarlaşıb.

Ümumilikdə isə ay ərzində meyvə-tərəvəz ixracı 43,4 mln. dollar, pambıq lifi ixracı 11,9 mln. dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 11,7 mln. dollar, elektrik enerjisinin ixracı 11,1 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 6,9 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 6,7 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,7 mln. dollar, pambıq ipliyi ixracı isə 859 min dollar gəlir gətirib.

Xəbər lenti