Xəzər Xəbər

Kökədən çıxan şüşə ilə bağlı RƏSMİ AÇIQLAMA

İqtisadiyyat | 09:39 • 1 Mart 2019
Kökədən çıxan şüşə ilə bağlı

Qida Təhlükəsizliyi Agentliyi Bakının Yasamal rayonundakı böyük supermarketlərdən birində göbələk içlikli kökənin içindən şüşə qırıntısının çıxması faktı ilə bağlı araşdırma aparıb.

Agentlikdən Trend-in faktla bağlı sorğusuna cavab olaraq, bildirilib ki, qeyd olunan qida məhsulu "Bon Appetit 1998 bakery” MMC-yə məxsus istehsalat sexində hazırlanıb.

Agentliyin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin istehsalat sexində yoxlama həyata keçirib, aşkarlanmış qanun pozuntuları ilə bağlı müəsssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib:

"Bundan əlavə, müəssisənin rəhbərliyinə qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı tövsiyələr, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Agentlik tərəfindən həmin müəssisə nəzarətə götürülüb”.

Xəbər lenti