Xəzər Xəbər

Mərkəzi Bankda problemli kreditlərə görə güzəşt paketi müzakirə olundu - QƏRAR QƏBUL EDİLDİ

İqtisadiyyat | 10:41 • 28 Fevral 2019
Mərkəzi Bankda problemli kreditlərə görə güzəşt paketi müzakirə olundu -

Dünən Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.


Modern.az-ın məlumatına görə, bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.


Etibarlı mənbədən aldığımız məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələr zamanı güzəştlər paketinə dair müəyyən qərarlar qəbul edilib.


Qəbul edilmiş qərarlar isə Maliyyə Nazirliyinə və müvafiq qurumlara göndərilib.


Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.


Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.


Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.

Xəbər lenti