Xəzər Xəbər

LNG-nin bazardakı payı boru kəməri qazından daha çox olacaq

İqtisadiyyat | 12:59 • 26 Fevral 2019
LNG-nin bazardakı payı boru kəməri qazından daha çox olacaq

Mayeləşdirilmiş təbii qazın (LNG) qlobal bazardakı payı boru kəməri qazından daha çox olacaq.


Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.


"ABŞ-da şist qazının istehsalı elə səviyyəyə çatıb ki, daxili tələbatı tam ödəyir, hətta ixrac da edilir. Qətərin yeni planlarına nəzər yetirdikdə LNG-də mühüm irəliləyişlər görürük. Bu da onu göstərir ki, dünya daha çox qazla təmin olunacaq. LNG-nin bazardakı payı boru kəməri qazından daha çox olacaq”, - deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qeyd edib.


Onun sözlərinə görə, kömürə tələbatda da artım var. Xüsusilə də Asiya bazarında. Qiymətin də təxminən 90 dollar civarında dəyişməsi isə dünyada hələ də kömürə tələbatın olduğunu göstərir.

Xəbər lenti