Xəzər Xəbər

Sığortaçılar üçün attestasiya keçiriləcək

İqtisadiyyat | 12:46 • 26 Fevral 2019
Sığortaçılar üçün attestasiya keçiriləcək

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün fevralın 28-də attestasiya keçiriləcək.


Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) xezerxeber.az-a bildirilib ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunub. Attestasiyada 8 sığortaçı iştirak edəcək. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Xəbər lenti