Xəzər Xəbər

Nazirlik: Bəyan edilməmiş gəlirə görə maliyyə sanksiyası tətbiq olunacaq

İqtisadiyyat | 13:13 • 26 Fevral 2019
Nazirlik: Bəyan edilməmiş gəlirə görə maliyyə sanksiyası tətbiq olunacaq

Vergidən azad edilmiş gəlir əldə edən şəxs və ya fərdi sahibkar digər vergiödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunmuş gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir.


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin şəxslər bu gəlirlərini vergi orqanına bəyan etmədiyinə görə, onlara bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq ediləcək. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün isə 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Xəbər lenti