Xəzər Xəbər

Azərbaycanın ən çox məhsul göndərdiyi ölkələr

İqtisadiyyat | 11:31 • 19 Fevral 2019
Azərbaycanın ən çox məhsul göndərdiyi ölkələr
Yanvarda Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.


Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, ötən ay ixracda əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Portuqaliya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 444 milyon 444 min ABŞ dolları, Türkiyəyə 127 milyon 718 min dollar, Portuqaliyaya isə 100 milyon 923 min dollar olub.

Azərbaycanla ticarət dövriyyəsinə görə ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 476 milyon 516 min dollar, Türkiyə ilə 220 milyon 29 min dollar, Rusiya ilə 169 milyon 486 min dollar təşkil edib.

Xəbər lenti