Xəzər Xəbər

Yanvarda ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat | 20:50 • 18 Fevral 2019
Yanvarda ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

Ötən ay Azərbaycana idxal edilən avtomobillərin sayı 2 min 512 olub.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 28-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 min 267-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 215-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 12-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xəbər lenti