Xəzər Xəbər

“Vergi sistemində köklü islahatlar aparılır” - Nazir

İqtisadiyyat | 11:58 • 18 Fevral 2019
“Vergi sistemində köklü islahatlar aparılır” - Nazir
"2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manata yaxın investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur"


XəzərXəbər xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Vergilər.Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində 2018-ci ildə özəl bölmənin ÜDM-də payı 84%-ə çatıb, məşğulluqdakı payı isə 76% təşkil edib.

Nazir qeyd edib ki, son illərdə iqtisadiyyatın bütün sahələri ilə yanaşı, vergi sistemində də köklü islahatlar həyata keçirilir: "Son 1 ildə vergi inzibati sahəsində ciddi islahatlar aparılıb, vergi qanunvericiliyi təkmilləşdirilməklə vergitutma optimallaşdırılıb, institusional dəyişiklər aparılıb, kadr potensialı gücləndirilib".

Xəbər lenti