Xəzər Xəbər

Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub

İqtisadiyyat | 15:48 • 16 Fevral 2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub

Ötən mövsüm ölkə üzrə 6,3 min ton tütün istehsal olunub. Bu rəqəm inişil 5,3 min ton olmuşdur. Beləliklə, məhsul istehsalı 18,9 faiz artıb.


Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.


Bildirilib ki, tütün sahələrində məhsuldarlıq 2017-ci ildə hektara 16,6 sentner, 2018-ci ildə isə 19,0 sentner təşkil edib.


Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 3,4 min hektarda tütün əkilib.


"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulur.

Xəbər lenti