Xəzər Xəbər

Avropa İttifaqının ekspertəri şəhərsalma sahəsində təcrübələrini bölüşüblər

İqtisadiyyat | 12:13 • 15 Fevral 2019
Avropa İttifaqının ekspertəri şəhərsalma sahəsində təcrübələrini bölüşüblər

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avropa İttifaqının (Aİ) Texniki Yardım və İnformasiya Mübadiləsi ("TAIEX”) aləti çərçivəsində Bakıda səfərdə olan ekspert missiyasının iştirakı ilə 2 günlük seminar təşkil olunub.

Komitənin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, seminar çərçivəsində Avstriya və Litvanın aidiyyəti dövlət qurumlarını təmsil edən ekspertlər Volfqanq Katzman və Vilmantas Povilaitis Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq struktur bölmələrinin əməkdaşlarını şəhərsalma fəaliyyətinin tənzimlənməsi strategiyaları barədə Avropa ölkələrinin geniş təcrübəsi və bu sahədə praktiki biliklərlə tanış ediblər.

Tədbirdə Aİ-nin ərazi planlaşdırılması və şəhərsalma sənədləşməsi sistemi sahəsində qanunvericiliyi və mövcud standartlara dair təcrübə, həmçinin Avstriya və Litvada daşınmaz əmlak obyektlərinin mülkiyyət növü və istifadəsi ilə bağlı məlumatların səmərəli toplanılması və saxlanılması barədə təqdimatlar edilib, fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov tədbir iştirakçılarını və xarici ekspertləri ölkəmizdə şəhərsalma siyasətinin tənzimlənməsi strategiyalarına dair mövcud vəziyyət və Azərbaycanda müvafiq qanunvericilik bazası haqqında məlumatlarla tanış edib.

Xəbər lenti

Çox oxunanlar