Xəzər Xəbər

Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatır

İqtisadiyyat | 12:02 • 15 Fevral 2019
Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatır

2018-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 44,9 milyard ABŞ dolları olub.


Xezerxeber.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib. Belə ki, keçən il ölkənin strateji valyuta ehtiyatları 44,9 milyard dollar təşkil edib. Strateji ehtiyatlar 31 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3 dəfə, manatla geniş pul kütləsini 5,3 dəfə üstələyib.

Xəbər lenti