Xəzər Xəbər

"Qida Təhlükəsizliyi haqqında" Qanun layihəsinin ictimai müzakirəsi keçirilir

İqtisadiyyat | 11:04 • 14 Fevral 2019
"Qida Təhlükəsizliyi haqqında" Qanun layihəsinin ictimai müzakirəsi keçirilir

Bakıda Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Qida Təhlükəsizliyi haqqında" Qanun layihəsinin ictimai müzakirəsi keçirilir.


Xezerxeber.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə qida təhlükəsizliyinin təkmilləşdirilməsi sahəsində AQTA tərəfindən təklif edilən "Qida Təhlükəsizliyi haqqında" Qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesinin təmsil edın maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda müzakirələrdə səsləndirilən fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır.


Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli öz çıxışında qeyd edib ki, əsas məsələlərdən biri qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması, istehlakçıların hüquqlarının qorunması və digər məsələlərin Qanunda əks olunmasına çalışmaqdır


Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Avropa İttifaqının ölkəmizdəki müşavir elçisi Simona Qatti Qanun layihəsinin müzakirəsi ilə əlaqədar öz fikirlərini bildiriblər.

Xəbər lenti