Xəzər Xəbər

Gömrükdə qaçaqmal siqaret aşkarlanıb

İqtisadiyyat | 15:34 • 2 Fevral 2019
Gömrükdə qaçaqmal siqaret aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda qaçaqmal siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı ilə şifahi sorğu-sual aparılıb.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük yoxlamasında avtomobilin yük yerində döşəmənin altında 3000 ədəd "LD Club" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti