Xəzər Xəbər

Bu günə olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib

İqtisadiyyat | 14:04 • 2 Fevral 2019
Bu günə olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib

Fevralın 2-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.


Xezerxeber.az xəbər ki, "Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 14:10-da "W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.


Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "Mahan Air”in yerli vaxtla saat 15:20-də Bakıdan Tehrana "W5 1131” saylı uçuşu da ləğv olunub. Aviareyslər "Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.


Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Xəbər lenti