Xəzər Xəbər

Taleh Ziyadov Çin şirkətlərini Bakı Limanında dəvət edir

İqtisadiyyat | 12:34 • 2 Fevral 2019
Taleh Ziyadov Çin şirkətlərini Bakı Limanında dəvət edir

Çin şirkətlərini Bakı Limanında fəaliyyət göstərməyə dəvət edirik.


Bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanı ilə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə təşkil etdiyi Çinin Bahar Şənliyi Festivalında deyib.


O bildirib ki, Bakı Limanı Çinin "Bir kəmər - bir yol” strategiyasında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycandan keçən Çin yüklərinin həcmi artmağa başlayıb.


T.Ziyadov Çin şirkətlərini Bakı Limanında ofis açaraq fəaliyyət göstərməyə dəvət edib. (AZƏRTAC)

Xəbər lenti