Xəzər Xəbər

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

İqtisadiyyat | 11:12 • 2 Fevral 2019
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı geriləyib.


Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 14 ədəd azalaraq 1045 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 99 ədəd çoxdur.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 15 ədəd azalaraq 847 olub. Lakin bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 82 ədəd artıqdır.


Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd çoxalaraq 198 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd artıb.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib. 

Xəbər lenti