Xəzər Xəbər

31 ədəd “iPhone X”i gömrükdən gizli keçirmək alınmadı - FOTO

İqtisadiyyat | 18:44 • 1 Fevral 2019
31 ədəd “iPhone X”i gömrükdən gizli keçirmək alınmadı -

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıb.


Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildirilib ki, Şarcə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman saxlanılıb və yoxlama aparılıb. Yoxlama zamanı sərnişindən 6 ədəd "iPhone X 64 GB” markalı mobil telefonlar aşkarlanıb. Sorğu-sual zamanı sərnişin telefonların ona məxsus olmadığını və Şarcə Hava Limanında olarkən Azərbaycana gətirilməsi üçün verildiyini bildirib. Şübhə yarandığından Şarcə-Bakı aviareysi ilə gələn digər sərnişinlərin də əl yüklərinə yoxlama keçirilib və bu zaman 11 nəfər Azərbaycan vətəndaşından 25 ədəd, ümumilikdə 31 ədəd "iPhone X 64 GB” markalı mobil telefonlar aşkarlanıb. Adları çəkilən vətəndaşlar mobil telefonların onlara məxsus olmadığını bildirib və telefonlardan imtina ediblər.


Araşdırma nəticəsində məlum olub ki, İsayev Əhməd Mülkəsahib oğlu 31 ədəd "iPhone X 64 GB” markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədilə onunla birlikdə Şarcə-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti