Xəzər Xəbər

Əcnəbilər bank kartları vasitəsilə ölkədə 1,2 milyard manatlıq əməliyyat aparıb

İqtisadiyyat | 14:56 • 1 Fevral 2019
Əcnəbilər bank kartları vasitəsilə ölkədə 1,2 milyard manatlıq əməliyyat aparıb

2018-ci ildə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 1 milyard 278,4 milyon manat təşkil edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın yanvar sayında bildirilir.


Hesabata görə, 2017-ci illə müqayisədə ötən il ölkəmizə gələn əcnəbilərin bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat və ya 25 faiz artıb. Dekabrda xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 82,9 milyon manat təşkil edib və 2017-ci ilin eyni ayı ilə müqayisədə 6 faiz artıb.


Qeyd edək ki, ötən il Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Xəbər lenti