Xəzər Xəbər

“Azəristiliktəchizat”ın istilik mənbələrinin sayı 3,3 dəfə artıb

İqtisadiyyat | 14:37 • 25 Yanvar 2019
“Azəristiliktəchizat”ın istilik mənbələrinin sayı 3,3 dəfə artıb

2004-2005-ci illərlə müqayisədə 2018-2019-cu illər istilik mövsümündə istilik mənbələrinin sayı 3,3 dəfə artıb.


Bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir. Bildirilir ki, istilik təchizatı sistemlərinin bərpası və yaxşılaşdırılması tədbirləri çərçivəsində görülmüş işlər istilik təchizatının inkişaf dinamikasında nəzərəçarpacaq dəyişikliklər baş verməsinə, istiliklə təmin edilən yaşayış binaları, təhsil, səhiyyə və digər obyektlərin sayının ildən ilə artmasına səbəb olub. İstilik təchizatı sahəsində görülən işlər 2004-2005-ci illərlə müqayisədə 2018-2019-cu illər istilik mövsümündə istilik mənbələrinin sayının 384 ədəd və ya 3,3 dəfə, yaşayış binalarının sayının 2812 ədəd və ya 3,8 dəfə, məktəblərin sayının 145 ədəd və ya 2 dəfə, uşaq bağçalarının sayının 66 ədəd və ya 1,8 dəfə, səhiyyə obyektlərinin sayının 98 ədəd və ya 2,6 dəfə, digər obyektlərin sayının 1209 ədəd və ya 14,3 dəfə artırılmasına imkan verib.


"Azəristiliktəchizat” ASC-nin 2018-ci il üçün təsdiq edilmiş istehsal və maliyyə təsərrüfat planlarına uyğun olaraq, istilik təchizatı obyektlərinin 2018-2019-cu illər payız-qış mövsümünə hazırlığı mövcud qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı təsdiq edilmiş tədbirlər planı çərçivəsində 974 kilometr istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 27 min 226 metr məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 675 kilometr istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb. 532 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, istilik xətlərində 14 min 304 kvadratmetr istilik örtük qatı təmir olunub, 1964 ədəd istilik kamerası təmizlənib və təmir edilib, gedən və qayıdan xətlərdə 64 dəst su sərfölçən həlqələr təmir və bərpa olunub. 706 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 564 ədəd odluq təmir edilib, qazanların 23 min 341metr ekran boruları və konvektiv hissələri dəyişdirilib. 1100 ədəd qazan aqreqatı mexaniki və kimyəvi üsulla təmizlənib, 712 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 691 kvadratmetr kərpic örtüyü, 1209 kvadratmetr izolyasiya örtüyü təmir olunub.


Qazanxana və istilik məntəqələrində 42 min 262 kvadratmetr tavan və divarlar təmir olunub və rənglənib, 12 min 456 kvadratmetr dam örtüyü təmir edilib, 7770 kvadratmetr pəncərə təmir olunaraq şüşələnib. 376 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsulla təmizlənib, 596 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 31 ton kationit materialları dəyişdirilib. 640 ədəd nasos əsaslı və cari təmir olunub, 5 ədədi isə yenisi ilə əvəzlənib. 8794 ədəd siyirtmə əsaslı və cari təmir olunub, 231 ədəd isə yenisi ilə əvəz olunub, 832 ədəd dirsək dəyişdirilib. 513 ədəd mühərrik əsaslı və cari təmir olunub, 11 ədədi isə yenisi ilə əvəz olunub. Qazanxanalarda və istilik məntəqələrində 27 ədəd tüstüsoran, 63 ədəd havavuran, 2 ədəd deorator qurğusu təmir olunub. 1028 ədəd genişləndirici çən təftiş edilib, onlardan 488 ədədinin hava hissəsində təzyiqi tənzimlənib, 43 ədəd rezin membran dəyişdirilib. 1880 ədəd qoruyucu klapan və 2280 ədəd əks klapan təftiş və təmir olunub. 954 ədəd ventil təmir olunub, 473 ədədi isə yenisi ilə əvəzlənib. 466 ədəd ehtiyat su çəni təftiş və təmir edilib, 3076 ədəd çirktutan təmizlənib. 1154 ədəd qaz təsərrüfatı təftiş olunub, 104 kilometr qaz xətti yoxlanılıb.


Hazırda "Azəristiliktəchizat” ASC-nin bütün təsərrüfatlarında 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri davam etdirilməkdədir. (AZƏRTAC)

Xəbər lenti