Xəzər Xəbər

Sabah Bakının bir hissəsində işıq olmayacaq

İqtisadiyyat | 18:58 • 24 Yanvar 2019
Sabah Bakının bir hissəsində işıq olmayacaq

Yanvarın 25-də saat 11:00-dan 14:30-dək Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, səbəb Bağlar Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik enerjisinin dayanıqlılığı məqsədilə 110/35/10 kilovoltluq "Zabrat" yarımstansiyasından çıxan Məhəmmədi 1-2 elektrik verilişi xətlərinin əlaqələndirilməsinin yenidən qurulmasıdır.

Xəbər lenti