Xəzər Xəbər

Bakıda 134 işıqfor vahid mərkəzdən idarə olunur

İqtisadiyyat | 17:35 • 23 Yanvar 2019
Bakıda 134 işıqfor vahid mərkəzdən idarə olunur

Hazırda Bakıda 134 işıqfor vahid mərkəzdən idarə edilir.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) idarə heyətinin sədri Vüsal Kərimli deyib.


Onun sözlərinə görə, nəqliyyatı intellektual idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində 134 işıqforun Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əlaqəsi bərpa edilib: "Artıq həmin işıqforlar vahid mərkəzdən idarə olunur. Bu, Bakıdakı yol kəsişmələrdəki işıqforların 10 faizini təşkil edir”.

Xəbər lenti