Xəzər Xəbər

Azərbaycan Gürcüstandan avtomobil idxalını təxminən 3 dəfə artırıb

İqtisadiyyat | 13:42 • 23 Yanvar 2019
Azərbaycan Gürcüstandan avtomobil idxalını təxminən 3 dəfə artırıb

Ötən il Azərbaycan Gürcüstandan 13 047 avtomobil idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir.

Azərbaycana idxal olunan avtomobillərin ümumi dəyəri 190 284,2 min dollar təşkil edib. Gürcüstandan gətirilən avtomobillərin sayı 2,8 dəfə, qiyməti 2,1 dəfə artıb.

Qeyd edək ki, 2017-ci ildə bu ölkədə Azərbaycana 4 548 avtomobil idxal olunmuş, onların dəyəri 88 118,9 min manat təşkil etmişdi. (Trend)

Xəbər lenti