Xəzər Xəbər

2018-ci ildə turistlər xaricə 1,4 milyard dəfə səfər ediblər

İqtisadiyyat | 14:22 • 22 Yanvar 2019
2018-ci ildə turistlər xaricə 1,4 milyard dəfə səfər ediblər

Ötən il bütün dünyadan olan turistlər 1,4 milyard beynəlxalq səfər ediblər ki, bu da bir il öncəki göstəricidən 6 faiz çoxdur.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Turizm Təşkilatı (UNWTO) məlumat yayıb. Təşkilatın məlumatına görə, 2018-ci il turizm sahəsi üçün son səkkiz ilin ən uğurlusu olub. UNWTO-nun proqnozuna əsasən, bu göstəriciyə 2020-ci ildə nail olmaq nəzərdə tutulurdu. Daha yüksək nəticələr yalnız 2010-cu ildə qeydə alınıb.


Turistlər Orta Şərq (+10 faiz) və Afrikaya (+7 faiz) daha çox səfər etməyə başlayıblar. Asiya-Sakit Okean regionuna və Avropaya səfərlərin sayı isə 6 faiz artıb.


Ötən il Avropada xaricə səfər edən turistlərin sayı 713 milyon nəfərə çatıb. Asiya-Sakit Okean regionunda 343 milyon, Afrikada 67 milyon, Yaxın Şərqdə 64 milyon, Şimali və Cənubi Amerika ölkələrində isə 217 milyon turist qeydə alınıb.

Xəbər lenti