Xəzər Xəbər

Davos İqtisadi Forumu işə başlayır

İqtisadiyyat | 12:19 • 22 Yanvar 2019
Davos İqtisadi Forumu işə başlayır
İsveçrənin Davos şəhərində növbəti Ümumdünya İqtisadi Forumu öz işinə başlayır.

XəzərXəbər xəbər verir ki, yanvarın 25-dək davam edəcək forumun əsas mövzusu "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması”dır.


Bu ilki Davos forumuna 110 ölkədən 3000-dən çox iştirakçı qatılacaq. Forumda 350-dən artıq paneldə müxtəlif məsələlər müzakirə olunacaq.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev artıq forumda iştirak üçün Davosa səfər edib. Ölkə başçısı "Bir kəmər, bir yol” təşəbbüsünün tərəqqisi. Çinin milyard dollarlıq baxışı” sessiyasında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti ilə yanaşı foruma 60-dan çox ölkənin rəhbəri, o cümlədən, Yaponiyanın Baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, Çin rəhbərinin müavini Van Tsişan, Braziliyanın yeni prezidenti Jair Bolsonaru, İtaliyanın baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstanın prezidenti Əşrəf Qani, İraq prezidenti Barxam Saleh, Ermənistanın baş naziri Nikol Paşinyan və digərləri qatılacaq. Həmçinin BMT və onun təşkilatlarının, Beynəlxalq Valyuta Fondu, NATO, Ümumdünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi iri beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Xəbər lenti