Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 22-23-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.