Xəzər Xəbər

Ötən il ÜDM istehsalı 79,7 milyard manatı keçib

İqtisadiyyat | 18:59 • 21 Yanvar 2019
Ötən il ÜDM istehsalı 79,7 milyard manatı keçib

2018-ci ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 79 milyard 797,3 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əhalinin hər nəfərinə düşən ÜDM 8 min 126,2 manat, yaxud 4 min 780,1 ABŞ dollar olub.


Keçən il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 1,8 faiz, neft sektorunda isə 0,6 faiz artıb.


ÜDM-in 44,2 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8 faizi tikintidə, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15 faizi digər sahələrdə istehsal olunub, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,8 faizini təşkil edib.

Xəbər lenti