Xəzər Xəbər

Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub

İqtisadiyyat | 13:11 • 17 Yanvar 2019
Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub

Ötən il Azərbaycandan MDB ölkələrinə 1 milyard 138 milyon 217 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu göstərici 2017-ci ilə nisbətən 88 milyon 143 min dollar artım deməkdir.


2018-ci ildə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 862 milyon 139 min dollar olub.

Xəbər lenti