Xəzər Xəbər

Təbriz-Bakı-Təbriz aviareysi istifadəyə verilib

İqtisadiyyat | 16:48 • 12 Yanvar 2019
Təbriz-Bakı-Təbriz aviareysi istifadəyə verilib

Yanvar ayından başlayaraq İranın "İran AİR” şirkəti Təbriz-Bakı-Təbriz istiqamətində uçuşlar həyata keçirməyə başlayıb.


Reyslər həftənin 1-ci və 4-cü günləri həyata keçirilir. Təyyarə yerli vaxtla səhər saat 09:40 Təbrizdən Bakıya uçur və həmin gün 19:50-də Bakıdan Təbrizə qayıdır.


Birtərəfli biletin qiyməti 115, ikitərəfli isə 215 manatdır.


Reyslər ATR tipli təyyarələrlə yerinə yetirilir. (AZƏRTAC)

Xəbər lenti