Xəzər Xəbər

Yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması üçün işlər görüləcək

İqtisadiyyat | 19:31 • 5 Yanvar 2019
Yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması üçün işlər görüləcək

Yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması üçün işlər görüləcək


Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.


Dövlət Proqramında qeyd edilib ki, əsas məqsəd yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.


Azərbaycan Respublikasında "təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq üçün Dövlət Proqramında yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, müasir innovativ metodların tətbiq edilməsi, ictimai iştirakçılığın təmin edilməsi planlaşdırılır.


Həmçinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün səmərəli maliyyə sisteminin yaradılması, yol-nəqliyyat şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən müvafiq mobillik strategiyasının hazırlanması, yol-nəqliyyat sisteminin təminatçılarının və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin, onların məsuliyyət hədlərinin dəqiq müəyyən edilməsi, qəza təhlükəsi zamanı və qəzadan sonrakı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi, yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması nəzərdə tutulub.

Xəbər lenti