Xəzər Xəbər

“Al Naser Wings Airlines”ın Bağdad-Bakı-Bağdad aviareysi ləğv olunub

İqtisadiyyat | 16:21 • 5 Yanvar 2019
“Al Naser Wings Airlines”ın Bağdad-Bakı-Bağdad aviareysi ləğv olunub

Yanvarın 5-də həyata keçirilməli olan Bağdad-Bakı-Bağdad aviareysi ləğv olunub.


AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, "Al Naser Wings Airlines” aviaşirkətinin yerli vaxtla saat 18:00-da "NG 231” saylı Bağdaddan Bakıya olan uçuşu ləğv olunub.


Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətin yerli vaxtla saat 19:00-da Bakıdan Bağdada olan "NG 232” saylı uçuşu da ləğv edilib. Aviareyslər "Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.


Bağdad-Bakı-Bağdad aviareysinin hansı səbəbdən təxirə salındığı barədə məlumat verilməyib.

Xəbər lenti