Xəzər Xəbər

Bu günə olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib

İqtisadiyyat | 15:27 • 5 Yanvar 2019
Bu günə olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib

Yanvarın 5-də həyata keçirilməli olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, "Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 21:20-də "U6 2663” saylı Soçidən Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 22:20-də Bakıdan Soçiyə olan "U6 2664” saylı uçuşu da ləğv olunub. Aviareyslər "Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Soçi-Bakı-Soçi aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Xəbər lenti