Xəzər Xəbər

Çin və ABŞ arasında növbəti ticarət danışıqları aparılacaq

İqtisadiyyat | 13:22 • 4 Yanvar 2019
Çin və ABŞ arasında növbəti ticarət danışıqları aparılacaq

Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair növbəti danışıqlar yanvarın 7-8-də Pekində keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, Çin Kommersiya Nazirliyinin məsələ ilə bağlı açıqlamasında nazir müavini səviyyəsində danışıqlarda iştirak etmək üçün Birləşmiş Ştatların ticarət nümayəndəsinin müavini Cefri Gerişin başçılığı ilə nümayəndə heyətinin Pekinə səfər edəcəyi bildirilir.


Qeyd edək ki, Argentinanın paytaxtı Buanes-Ayresdə keçirilən "Böyük iyirmilər”in zirvə görüşü çərçivəsində Çin və ABŞ dövlət başçılarının görüşündə ticarət mübahisələrinə dair danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. ABŞ tərəfi Çin mallarına yanvarın 1-dən əlavə 25 faizlik rüsumların tətbiq olunmasını iki tərəf arasında keçiriləcək danışıqların nəticəsindən asılı olaraq martın 1-dək təxirə salıb.

Xəbər lenti