Xəzər Xəbər

Bayram günlərində avtovağzallardan 111 mindən çox sərnişin daşınıb

İqtisadiyyat | 18:49 • 3 Yanvar 2019
Bayram günlərində avtovağzallardan 111 mindən çox sərnişin daşınıb

Bayram günlərində respublika üzrə avtovağzallardan avtobuslarla 111 mindən çox sərnişin daşınıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən xezerxeber.az-a bildirilib ki, dekabrın 28-dən yanvarın 3-nə qədər respublika üzrə 111 min 66 sərnişin tam təhlükəsiz şəkildə daşınıb.

Qeyd edək ki, regionlarda həftənin sonuna qədər istirahətini davam etdirən sərnişinlər üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın ümumilikdə 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejiminin müddətini yanvarın 5-nə kimi uzadıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti