Xəzər Xəbər

"Azəri-Çıraq-Günəşli" yatağında xam neft hasilatının həcmi 26,56 milyon ton proqnozlaşdırılır

İqtisadiyyat | 18:29 • 3 Yanvar 2019
"Azəri-Çıraq-Günəşli" yatağında xam neft hasilatının həcmi 26,56 milyon ton proqnozlaşdırılır

2019-cu ildə "Azəri-Çıraq-Günəşli" yatağında xam neft hasilatının həcmi 197,1 milyon barrel və 26,56 milyon ton proqnozlaşdırılır.


Xezerxeber.az xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı "ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy"ində deyilir.


Bu da hasilatın aşağı düşməsi səbəbindən 2018-ci ilin göstəricisinə nisbətən (204,4 milyon barrel) 7,3 milyon barrel azdır.

Xəbər lenti