Xəzər Xəbər

Azərbaycana gətirilən minik avtomobillərinə aksiz dərəcələri ARTIRILIR - CƏDVƏL

İqtisadiyyat | 12:58 • 1 Yanvar 2019
Azərbaycana gətirilən minik avtomobillərinə aksiz dərəcələri

Bu gündən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək.

Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi4 000kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə2manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi6 000kubsantimetrədək olduqda8 000manat və əlavə olaraq mühərrikin həcminin4 001-6 000kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə4manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi8 000kubsantimetrədək olduqda16 000manat və əlavə olaraq mühərrikin həcminin6 001- 8 000kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə6manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi10 000kubsantimetrdək olduqda28 000manat və əlavə olaraq mühərrikin həcminin8 001- 10 000kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə8manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi10 000kubsantimetrdən çox olduqda44 000manat və əlavə olaraq mühərrikin həcminin10 000kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə10manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Vergitutma obyektinin adıAksizin dərəcəsi
Avtobuslar
- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqdaMühərrikin həcminin hər kubsantimetrə görə – 2 manat
- Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda8000 manat + mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 4 manat
- Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda16000 manat + mühərrikin həcminin 6001-8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 6 manat
- Mühərrikin həcmi 10 000 kubsantimetrədək olduqda28000 manat + mühərrikin həcminin 8001-10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat
- Mühərrikin həcmi 10 000 kubsantimetrədən çox olduqda44000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 10 manat

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi1ildən artıq və ya qət etdiyi məsafə100 000kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə1,5əmsal tətbiq edilməklə hesablanır./report


Xəbər lenti