Xəzər Xəbər

Azərbaycanda barama istehsalı rekord həddə çatıb

İqtisadiyyat | 12:04 • 1 Yanvar 2019
Azərbaycanda barama istehsalı rekord həddə çatıb

Bu, son 20 il ərzində Azərbaycanda barama istehsalının ən yüksək göstəricisidir.

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 514 ton barama istehsal olunub ki, bu da ötən ilki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, bu, son 20 il ərzində Azərbaycanda barama istehsalının ən yüksək göstəricisidir.

Bu barədə Trend Dövlət Statistika Komitəsinin məlumatına istinadən məlumat verir.

Ümumilikdə, bu ilin 11 ayı ərzində ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi real qiymətlərlə 6,6 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 4,6 faiz çoxdur.

Hesabat dövründə heyvandarlıq sektorunda istehsalın həcmi 2,7 faiz (3,5 milyard manata qədər), bitkiçilik sahəsində isə 6,6 faiz (3,1 milyard manata qədər) artıb.

Xəbər lenti