Xəzər Xəbər

Mərkəzi Bankdan manatla bağlı VACİB AÇIQLAMA

İqtisadiyyat | 12:43 • 28 Dekabr 2018
Mərkəzi Bankdan manatla bağlı

Artmaqda olan geosiyasi gərginlik, xarici ticarət siyasətlərində qeyri-müəyyənliklər, neftin qiymətində son aylar müşahidə olunan dəyişkənlik və bu proselərin regionda əsas ticarət tərəfdaşları olan qonşu ölkələrin iqtisadiyyatlarına təsiri makroiqtisadi sabitlik üçün əhəmiyyətli risklər yaradıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

"2018-ci ildə bu ölkələrin bəzilərində milli valyutaların (Rus rublu, Türk lirəsi, İran rialı) ABŞ dollarına qarşı əhəmiyyətli ucuzlaşması psixoloji gözlənti effekti yaradıb, lakin görülmüş tədbirlər nəticəsində bu effektlər neytrallaşdırılıb. Pronozlara və gözləntilərə rəğmən bu ölkələrdən Azərbaycana idxalın artımı dinamikası idxalın ümumi artım dinamikasından aşağı olub”, - deyə bəyanatda vurğulanıb.

Sənəddə qeyd olunub ki, manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb: "Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib. Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olub, valyuta bazarında təklif tələbi üstələyib. Yalnız aprel və avqust aylarında xarici valyutaya tələbin artması bəzi tərəfdaş ölkələrdə milli valyutanın kəskin ucuzlaşmasının məzənnə gözləntilərinə təsiri ilə əlaqədar olub. Bu aylarda valyutaya tələbin artması fundamental makroiqtisadi amillərdən irəli gəlmədiyindən onun məzənnəyə təsiri neytrallaşdırılıb. Sonrakı aylarda bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları maliyyə bazarlarını sabitləşdirib”.

AMB bəyan edib ki, 2018-ci ildə də manatın rəsmi məzənnəsi banklararası bazarda əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib: "İl ərzində banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşıb”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti