Xəzər Xəbər

Belarus investorları Azərbaycanda iri əczaçılıq zavodu tikəcək

İqtisadiyyat | 13:55 • 27 Dekabr 2018
Belarus investorları Azərbaycanda iri əczaçılıq zavodu tikəcək

Azərbaycanda Belarus investisiyaları ilə iri əczaçılıq müəssisəsi tikiləcək.

Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, bu müəssisə Azərbaycan bazarını ən müasir, yüksək texnologiyalı tibbi preparatlarla təmin edəcək. O əlavə edib ki, söhbət ilk növbədə onkoloji preparatların istehsalından gedir.

G.Axramoviç bildirib ki, müəssisədə istehsal olunacaq məhsulların üçüncü ölkələrə ixracı da təşkil oluna bilər.

Xəbər lenti