Xəzər Xəbər

Dekabrın 31-də Bakı metrosunun iş vaxtı uzadılacaq

İqtisadiyyat | 17:30 • 26 Dekabr 2018
Dekabrın 31-də Bakı metrosunun iş vaxtı uzadılacaq

Dekabrın 31-də Bakı metrosunun iş vaxtı uzadılacaq.


"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bayram günlərində "Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin mərkəzində, kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın yerləşən stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub.


Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı metropoliteninə giriş açıq olacaq.

Xəbər lenti