Xəzər Xəbər

Bəzi avtobusların idxalı ƏDV-dən 5 il azad olacaq

İqtisadiyyat | 14:33 • 26 Dekabr 2018
Bəzi avtobusların idxalı ƏDV-dən 5 il azad olacaq

2019-cu ildən qüvvəyə minəcək Vergi Məcəlləsinə görə sərnişindaşıma ilə məşğul olan müəssisə yeni avtobuslar idxal etdiyi halda, hansı ƏDV öhdəliyi yaranır?


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək müddəalarına əsasən, sürücü daxil olmaqla, 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş, sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilib.


Bu səbəbdən, 2020-ci il yanvarın 1-dən qeyd olunan avtobusların idxalı ümumi qaydada ƏDV-yə cəlb olunur.


Qeyd olunub ki, 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq bu azadolma benzin və dizel yanacağı ilə işləyən avtobusların idxalına şamil edilmir.

Xəbər lenti